İsrailli nazir: Əməliyyatımızın məqsədlərindən biri Xameneini aradan götürməkdir
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrailin müdafiə naziri İsrael Kats Holon şəhərində raketin düşdüyü yerə baş çəkib və ilk dəfə açıq şəkildə İranın Ali Rəhbəri Əli Xameneini məhv edəcəyi ilə hədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" portal məlumat verib.
"İranın başında duran və bayrağına İsrailin məhv edəcəyini yazan Xamenei kimi diktator bundan sonra mövcud ola bilməz", - nazir bildirib.
Kats Xameneini "müasir Hitler" adlandırıb.
"O, böyük ideoloji təsirə malikdir, bütün resurslarını məqsədinə çatmaq üçün yönəldir və bu gün onun xəstəxanalara zərbə endirmək əmrləri verdiyinə dair sübutlar görürük. Açıq-aşkardır ki, o, artıq gündəmdə qalmamalıdır", - o əlavə edib.
"Biz bunun əhəmiyyətini dərk etməliyik - o, uzun illərdir ki, yeganə liderdir. O, mövcud olmamalıdır. Onu aradan götürmək əməliyyatın məqsədlərindən biridir", - İsrailin müdafiə naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 19 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















