İsrailli nazir Rusiya nümayəndəsini ələ salıb “Özümü gülməkdən saxlamalı oldum”
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya diplomatiyası xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan sonra tez-tez acınacaqlı mənzərə ilə üzləşir.
“AzPolitika” xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı İsrailin xarici işlər naziri Gideon Saar Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın açıqlamasını lağa qoyub. Nebenzya, digər məsələlərlə yanaşı, deyib ki, Rusiya 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılan "Sülh Şurası"nın ilk iclasının həm Qəzza zolağında, həm də İordan çayının Qərb sahilində "gərginliyin azaldılması üçün açıq çağırışları" təcəssüm etdirəcəyini gözləyir.
Özü işğalla, dinc əhaliyə qarşı açıq soyqırım xarakterli addımlarla ad çıxarmış Rusiyanın onunla eyni mahiyyətə malik İsraili qınaması təəccüb doğurur.
İsrail XİN başçısı da bu konteksdən çıxış edərək, Rusiya nümayəndəsini ələ salıb: "Rusiya Federasiyası nümayəndəsinin hüquq, beynəlxalq hüquq, işğal, ərazilərin ilhaqı və münaqişələrin sülh yolu ilə həlli barədə danışmasını eşitmək əyləncəli idi. Onun çıxışı zamanı özümü ucadan gülməkdən saxlamalı oldum".
Necə deyərlər, "kor kora kor deməsə, bağrı çatlar"
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Fevral 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















