İsrailli nazirdən iranlılara: “Sizin iztirablarınızı görürəm” KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin energetika naziri İrana qarşı ironik açıqlama verib.
KONKRET.az xəbər verir ki, nazir “X” sosial şəbəkəsində İran xalqına müraciət edərək ölkədəki su çatışmazlığı böhranına və insanların ağır şəraitdə yaşamasına diqqət çəkib:
“Sizin iztirablarınızı görürəm. Bu əzablar, İran rejiminin idarəçiliyinin nəticəsidir. Hakimiyyət xalqın əsas ehtiyacları ilə məşğul olmaq əvəzinə, ölkə resurslarını uğursuz nüvə proqramına və regiondakı proksi qruplara xərcləyir”.
Nazir əlavə edib ki, İran hökuməti Livan, Suriya, Yəmən və Qəzzadakı layihələrə milyardlar ayırır, halbuki ölkə daxilində insanlar susuzluqdan və dözülməz istidən əziyyət çəkirlər.
Onun sözlərinə görə, İsrail su qıtlığı problemini texnologiya və bilik sayəsində artıq aradan qaldırıb və hazırda digər ölkələrə su ixrac edə bilir:
“İran xalqı da gələcəkdə, bu rejim olmadan, həmin biliklərdən istifadə edə bilər”.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















