İşsiz qalan 200dək şəxsin aqibəti necə olacaq? Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Metronun “20 Yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri uzun müddətdir ki, bağlıdır. Obyektlərin aqibəti sahibkarlarla yanaşı, sakinlərdə də maraq doğurur.
“Qafqazinfo” xəbər verir ki, yaranmış vəziyyətlə bağlı narahatlıq keçirən sahibkarlar Baku TV-yə açıqlamalarında ticarət köşklərinin yenidən fəaliyyətini bərpa edəcəyi, yoxsa tamamilə dayandıracağı ilə bağlı onlara məlumat verilmədiyini söyləyiblər: “Bilmək istəyirik ki, bizim aqibətimiz necə olacaq? Burada qalıb işləmək şansımız varmı, yoxdursa, səbəbi nədir? 200-ə yaxın insan işləyirdi, indi hamısı işsiz qalıb”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən isə bildirilib ki, bu məsələnin həlli onların səlahiyyəti çərçivəsində deyil.
Üç aya yaxındır ki, fəaliyyəti dayandırılan ticarət obyektlərinin kim tərəfindən və hansı səbəblərdən bağlanması məlum olmadığı kimi, açılması da naməlumdur.
Daha ətraflı süjetdə:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















