İşsiz qalan valideynin alimenti necə hesablanır?
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aliment ödəyən valideynin işsiz qalması və ya gəlirlərinin azalması onun maddi vəziyyətinə təsir edən amillərdəndir.
Bəs belə hallarda alimentin məbləğinin azaldılması mümkündürmü və bunun üçün hansı hüquqi prosedurlar həyata keçirilməlidir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Mirəli Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, valideynlər uşaqlarının saxlanılması üçün aliment ödəməyə borcludurlar.
Onun sözlərinə görə, aliment məbləği könüllü razılaşma və ya məhkəmə qərarı əsasında müəyyən edilir və könüllü ödəməyənlərə qarşı hüquqi tədbirlər görülür:
"Alimentin azaldılması tərəflərdən birinin maddi və ya ailə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdikdə məhkəmə qaydasında mümkündür. Aliment ödəyicinin gəlirləri üzürlü səbəbdən azaldıqda, əmək qabiliyytini itirdikdə, himayəsində yeni azyaşlı uşaqlar varsa və ya aliment alan tərəfin vəziyyəti xeyli yaxşılaşıbsa aliment azaldıla bilər. Alimentin azaldılması iki haldan asılı olaraq fərqli tənzimlənir. Birinci halda əgər aliment məhkəmə tərəfindən gəlirin müəyyən bir hissəsi kimi təyin edilibsə, gəlir azaldıqda tutulan aliment məbləği də avtomatik olaraq azalır. İkinci hal isə valideynin işsiz qalması ilə bağlıdır.
Qanunvericilik valideynin rəsmi iş yerini itirməsi və heç bir gəliri olmaması halında, alimentin sabit pul məbləği ilə əvəzlənməsini nəzərdə tutur. Bu zaman alimentin məbləği ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu rəqəminə əsasən hesablanır. Yaşayış minimumi dəyişən olduğundan alimentin məbləği əmin zaman müəyyən edilmiş yaşayış minimumuna uyğun təyin edilir. Hazırda bu məbləğ 260 manatdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Oktyabr 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















