Icma.az
close
up
RU
İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək Yeni Çağ Media

İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək Yeni Çağ Media

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur.

“Gəlirlərin 54,3 milyon manatı, yaxud 20,8%-i isə İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatı hesabına olacaqdır. Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya 156,56 milyon manatı) qeyri-büdcə sektorunun payına düşəcəkdir. Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub. Cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur. Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır. 2025-ci ildə İSF hesabına 8 min nəfərin (DB əlavə olaraq, 1,5 min) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər olacaqdır. Növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulub. İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi 2025-ci ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir”./unikal

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri