Icma.az
close
up
RU
İşsizliyə görə müavinəti kimlər və necə ala bilər?

İşsizliyə görə müavinəti kimlər və necə ala bilər?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İşini itirmək hər bir işçi üçün həm maddi, həm də mənəvi baxımdan çətin sınaqdır. Lakin müasir əmək bazarında dövlət tərəfindən təqdim olunan sosial müdafiə mexanizmləri bu keçid dövrünü daha yüngül keçirməyə imkan verir. Azərbaycanda işsizlikdən sığorta ödənişinin alınması prosesi son illərdə tamamilə rəqəmsallaşdırılaraq vətəndaşlar üçün maksimum dərəcədə sadələşdirilib. Artıq növbələrdə gözləməyə və onlarla sənəd toplamağa ehtiyac yoxdur, çünki bütün müraciət sistemi vahid elektron platforma üzərindən idarə olunur. Bu dəstəkdən yararlanmaq üçün sadəcə müəyyən edilmiş hüquqi prosedurları ardıcıllıqla yerinə yetirmək kifayətdir.
Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, işdən çıxarılan şəxs yalnız iki halda işsizlikdən sığorta ödənişi (müavinət) almaq üçün müraciət edə bilər:
“Təəssüf ki, qanunvericiliyə görə belə hallar çox deyil. Birinci hal müəssisənin ləğv edilməsi və ya ştatların ixtisar olunması, ikinci hal isə əmək müqaviləsinin müddətinin başa çatmasıdır. Əslində əmək müqaviləsinə xitam verilməsinin 12-yə yaxın səbəbi var. Məsələn, şəxs öz xahişi ilə işdən ayrıldıqda, əmək müqaviləsinin şərtlərini pozduğuna görə işdən çıxarıldıqda, peşə və ya ixtisası vəzifəyə uyğun gəlmədikdə, attestasiya və ya sertifikasiyadan keçmədikdə bu hallarda işsizlik müavinəti verilmir. Bu səbəbdən yalnız iki halda, müəssisə ləğv edildikdə və ya ştat ixtisarı aparıldıqda, eləcə də əmək müqaviləsinin müddəti başa çatdıqda şəxs işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər”.

O bildirib ki, lakin müraciət etmək həmin ödənişin mütləq veriləcəyi anlamına gəlmir:
“Müraciət edən şəxsə iki dəfə iş təklif olunur. Əgər o, təklif olunan işlərdən imtina edərsə, bu halda ona işsizlik müavinəti təyin edilmir. Bununla belə, təklif olunan iş lazımi və uyğun iş olmalıdır. Yəni həmin iş şəxsin ixtisasına, peşəsinə və bacarıqlarına uyğun olmalıdır. Eyni zamanda iş yeri çox uzaq məsafədə yerləşməməlidir. Məsələn, 40-50 kilometr aralıqda yerləşən iş yerinə getmək real deyilsə, bu uyğun iş sayılmaya bilər. Şəxs işdən çıxarılması ilə bağlı əmr verildikdən dərhal sonra DOST Agentliyi mərkəzlərində və ya Dövlət Məşğulluq Agentliyi vasitəsilə işsiz kimi qeydiyyatdan keçməlidir”.
Qeyd edək ki, ötən il ölkədə işsizlərin sayı 279,1 min nəfər olub. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 2026-cı il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub. Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri