İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin yeni vəkili seçilib
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
İstanbulda Böyükşəhər Bələdiyyəsi (İBB) sədrinin vəkili vəzifəsi ilə bağlı keçirilən səsvermə başa çatıb. Seçkinin nəticələrinə görə, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə İBB sədrinin vəkili (müvəqqəti icraçı) seçilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, yerli vaxtla saat 13:00-da başlayan seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verib, onların arasında CHP-lilər çoxluq təşkil edir.
Xatırladaq ki, bu gün İstanbulda daha bir seçki şəhərin Beylikdüzü rayonu üzrə keçirilib və bu səsvermədə bələdiyyə sədrinin vəkili olaraq Önder Serkan Çebi müəyyən edilib.
Martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İBB başçısı Əkrəm İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli rayon bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıblar. İstanbul Valiliyinin qərarı ilə Şişli kaymakamı bu rayon üzrə bələdiyyə sədrinin vəkili olaraq təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















