Icma.az
close
up
RU
“İstanbul danışıqları heç nəyi dəyişməyəcək” “Bu zamana qədər savaş davam edəcək...”

“İstanbul danışıqları heç nəyi dəyişməyəcək” “Bu zamana qədər savaş davam edəcək...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukraynanın və beynəlxalq məhkəmənin terrorçu elan etdiyi, qondarma “dnr”-in sabiq “müdafiə naziri” İqor Qirkin(Strelkov) mayın 15-də İstanbulda keçirilməsi gözlənilən Rusiya-Ukrayna danışıqlarına dair skeptik proqnozlar verib.

Hazırda Rusiyada həbsdə olan və qatı rus şovinistlərinin lideri sayılan Qirkin arvadının “teleqram” kanalında dərc edilən açıqlamasında Rusiyanın hazırkı vəziyyətinin danışıqlar üçün uyğun olmadığını qeyd edib və Kremlin növbəti səhv addımlarını tənqid edib: “Ümumi gözləntilərin əksinə olaraq, mən həmişə olduğu kimi, adi məntiqə, adi sağlam düşüncəyə əsaslanaraq istənilən danışıqların uğursuzluğunu proqnozlaşdırıram.

Ukrayna indi ABŞ-nin davamlı və Avropanın qeyd-şərtsiz dəstəyinə nail olub. Silahların, sursatların və muzdluların axını durmadan artır. Təkcə bu il (Ukraynaya-red.) 4 milyon dron vəd edilib ki, bu da keçənilki rəqəmləri iki dəfə üstələyir.

Ukrayna güclü ehtiyatlar hazırlayıb və döyüşlər zamanı onları qoruyub saxlaya bilib. Bizim hücumumuz uzun müddətdir ki, itkilərimizə baxmayaraq, dayanıb və yerində sayır.

İndi hərbi nöqteyi-nəzərdən, sağlam düşüncə nöqteyi-nəzərindən onların(Ukraynanın-red.) əks-hücuma keçməsinin və quruda, havada, dənizdə əldə edilən uğurlarla danışıqlar mövqeyini yaxşılaşdırmağa çalışmasının vaxtıdır. Bunu da toplanmış ehtiyatlarını xərcləməklə əldə etməyə çalışa bilərlər.

Bunu edəcəklər, ya etməyəcəklər, mən, əlbəttə, bilmirəm. Bununla belə, güman edirəm ki, onlara qoşunların, gəmilərin cəmləşməsini başa çatdırmaq, Rusiya artilleriyasının, raket qüvvələrinin, aviasiyasının və adi PUA-larının atəş edə biləcəyi yerlərdə PUA və sursat toplamaq üçün atəşkəs lazımdır. Bunu etdikdən sonra çox güman ki, hər hansı bir bəhanə ilə təbii olaraq Rusiyanı günahlandıracaq, atəşkəsi pozacaq və hücuma keçəcəklər.

Ona görə də hesab edirəm ki, 30 günlük atəşkəslə bağlı bu təklif Trampın təzyiqinin nəticəsi deyil, növbəti taktiki hiylədir, çünki Ukraynanın öz hücumuna, yeni döyüş əməliyyatlarına hazırlaşması üçün atəşkəsdən yararlanması çox əlverişlidir.

Təəssüf ki, bu danışıqlar sakit davam etsə və Ukrayna hücuma keçməsə belə, heç nə dəyişməyəcək. Çünki onun yeganə əsas tələbi Rusiyanın 1991-ci il sərhədlərinə qayıtması olacaq. Ukrayna tərəfi bu məsələdə son dərəcə qətiyyətlə dayanacaq, çünki indi hiss edir ki, onun arxasında mühüm güc və əhəmiyyətli dəstək var.

Bundan əlavə, bildiyimə görə, cənab Uitkoff bizə danışıqlara başlamaq üçün qəbul etməli olduğumuz 22 bənd təqdim etmək niyyətindədir. Bu 22 bənddə Zaporojye Atom Elektrik Stansiyasının və Kinburn ərazisinin hərbi nəzarət altında Ukraynaya verilməsi tələbləri davam edərsə, o zaman biz faktiki olaraq döyüşmədən güzəştə getməyə, həm bizim üçün (Dnepr xəttinin müdafiəsindən ötrü), həm də düşmən üçün(Krıma hücum məqsədilə platsdarm yaratmaqdan ötrü) son dərəcə vacib olan platsdarmdan imtina etməyə məcbur olacağıq. Bunun nə dərəcədə doğru olduğunu həqiqətən bilmirəm - çox güman ki, bütün bunlar çox yüksək məxfiliklə ediləcəkdir. Buna baxmayaraq, mənim belə ehtimallarım və bu ehtimallar üçün əsaslar var.

Hər halda, Ukraynanı döyüş meydanında məğlub edə, ordusunu darmadağın edə bilmədiyimizdən, Rusiyanın birləşdirilmiş, hətta hazırda qoşunlarımızın əlində olan ərzilər üzərində dövlət suverenliyini qorumağa imkan verəcək normal danışıqlar mövqeyi yoxdur.

Odur ki, müharibənin tez bir zamanda sona çatmasından, hansısa kompromisli sülhdən yalnız axmaqlar, ya da informasiya sferasında düşmənə gizli köməklik göstərən təxribatçılar danışa bilər. Düşünürəm ki, bizdə hər ikisi kifayət qədərdir.

Mən isə onlardan deyiləm, ona görə də əminəm ki, tərəflərdən biri tam qələbə qazanana qədər müharibə davam edəcək. Ümid edirəm ki, sonda bu, yenə də Rusiya olacaq”.

Göründüyü kimi, bir tərəfdən rus ordusunun bərbad vəziyyətindən və ölkə rəhbərliyinin fəlakətli səhvlərindən gileylənən Qirkin, digər yandan yenə də savaş və qələbə həsrəti çəkir. Bu da bir daha rus şovinizmi və imperiyaçılığının sağalmaz xəstəlik olduğunu təsdiqləyir…

C.Məmmədli

“AzPolitika.infop”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see273

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see181

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri