Icma.az
close
up
RU
İstanbul danışıqları: Zelenski gəlir, Tramp iştirakına eyham vurur, Putin hələ də manevr edir

İstanbul danışıqları: Zelenski gəlir, Tramp iştirakına eyham vurur, Putin hələ də manevr edir

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“ABŞ prezidenti Donald Tramp bu cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında sülh danışıqlarının keçirilə biləcəyi Türkiyəyə səfər etməyi düşündüyünü bildirib. Bazar günü Zelenski Putini İstanbuldakı görüşə dəvət edib, lakin Kreml hələ ki iştirakını təsdiqləməyib”.
Reyting.az
xəbər verir ki, bu barədə “Sky News”-in şərhində qeyd edilir.
“Mən uçmağı düşünürdüm. Cümə axşamı harda olacağımı bilmirəm”, - nəşr ABŞ prezidenti Trampdan sitat gətirir.
Trampın bu açıqlamasından sonra Ukrayna prezidenti Zelenski amerikalı siyasətçinin danışıqlarda iştirakını dəstəkləyib:
“Mən prezident Trampı Putinlə birbaşa danışıqlar ideyasında dəstəklədim. Görüşə hazır olduğumu açıq şəkildə bildirdim. Və təbii ki, prezident Tramp Türkiyədəki bu görüşdə bizimlə birlikdə ola bilsə, Ukraynada hamımız minnətdar olarıq”.
Buna baxmayaraq, Rusiya tərəfi hələlik bu danışıqlara nümayəndə heyəti göndərmək planını açıqlamayıb. Bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov deyib:
“Ümumiyyətlə, biz ciddi şəkildə uzunmüddətli sülh yolu ilə nizamlanmaya nail olmaq yollarını axtarmağa qərarlıyıq”.
Qeyd edək ki, bu bəyanatlar bazar ertəsi başlaması nəzərdə tutulan 30 günlük atəşkəsə əməl etmədiyi təqdirdə Moskvanı yeni sanksiyalarla hədələyən Böyük Britaniyanın baş naziri Keir Starmer də daxil olmaqla, beynəlxalq koalisiyanın təzyiqi fonunda səslənir.
Rusiya birbaşa danışıqların tərəfdarı olsa da, Ukraynaya hücumların davam etməsi səmimiliyə şübhələr yaradır. Kiyevin məlumatına görə, Rusiya çərşənbə axşamından bazara keçən gecə 100-dən çox pilotsuz uçan aparatını Ukrayna səmasına buraxıb.
Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas, “Rusiyanın da sülh istədiyini görmək istəyirik. Sülh istəmək üçün iki, müharibə istəmək üçün yalnız bir insan lazımdır və biz Rusiyanın açıq şəkildə müharibə istədiyini görürük”,- deyib.
Onu da qeyd edək ki, Rusiya lideri Vladimir Putin mayın 11-nə keçən gecə çıxışı zamanı Ukraynanın 30 günlük atəşkəs təklifinə məhəl qoymayıb və əvəzində başqa bir təklif irəli sürüb - mayın 15-də ilkin şərt olmadan Türkiyədə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların aparılması. Ukrayna prezidenti Zelenski isə mayın 15-də Türkiyədə danışıqlar aparmağa razılaşıb və Putini İstanbulda gözləyəcəyini deyib.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri