İstanbul danışıqlarında yalnız bir mövzu müzakirə olunacaq
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ukrayna rəsmiləri Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsini müzakirə edəcəklər”
Ukrayna Rusiya tərəfi ilə danışıqlar zamanı yalnız bir mövzunu müzakirə etməyə hazır olduğunu bəyan edib. Söhbət 30 günlük atəşkəsdən gedir. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, “Ukrayna rəsmiləri Rusiya tərəfi ilə yalnız qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçirilməsi və monitorinqinin aparılmasını müzakirə etmək üçün görüşəcəklər”.
Münaqişə tərəfləri arasında danışıqlar İstanbulda bu gün günortadan sonraya planlaşdırılıb. Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbuldadır. Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi də ötən gün Polşadan Türkiyəyə uçub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















