Icma.az
close
up
RU
İstanbul diplomatiyası: Türkiyənin qlobal vasitəçi güc kimi yüksəlişi

İstanbul diplomatiyası: Türkiyənin qlobal vasitəçi güc kimi yüksəlişi

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

2 iyun İstanbul görüşü Ukrayna-Rusiya münaqişəsində sadəcə yeni danışıqlar raundu deyil, həm də qlobal geosiyasi dinamikanın mərkəzində Türkiyənin sürətlə artan rolunun bariz göstəricisidir. Ankara bu görüşlə təkcə müharibənin diplomatik həlli istiqamətində təşəbbüs irəli sürmür, həm də yeni beynəlxalq təhlükəsizlik arxitekturasının qurulmasında mərkəzi aktor kimi çıxış edir.

Ər-Riyad və Vaşinqton formatlarından fərqli olaraq İstanbul görüşü birbaşa Türkiyənin diplomatik təşəbbüsü və koordinasiyası ilə reallaşır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva və Kiyevdə apardığı çoxşaxəli danışıqlar Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən etibarlı və neytral tərəfdaş kimi qəbul olunduğunu sübut edir. Bu, diplomatiya tarixində nadir rast gəlinən balanslı mövqedir – çünki adətən vasitəçilər ya bir tərəfə meyilli olur, ya da etimad defisiti ilə üzləşirlər. Ankara bu baryeri aşıb və münaqişənin hər iki tərəfi tərəfindən “qəbul edilən yeganə platforma”ya çevrilib.

Danışıqlar masasında güc bərabərliyi: Ankaranın dizaynı

İstanbul formatı, Türkiyənin diplomatik strategiyası nəticəsində bütün əsas güc mərkəzlərini – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Ukraynanı – eyni masa arxasına əyləşdirə bilmiş yeganə mexanizmə çevrilib. Bu, nəinki format fərqidir, həm də diplomatik balansın təmin edilməsində Ankaranın qlobal güc kimi planlaşdırma qabiliyyətinin göstəricisidir. Əvvəlki formatlarda Avropanın iştirak etməməsi, danışıqların birtərəfli qalmasına səbəb olmuşdu. İstanbulda isə Türkiyə bu tarazlığı bərpa etməklə, danışıqları legitim, təsirli və qlobal səviyyədə qəbul olunan bir platformaya çevirib.

Memorandum mərhələsi: Türkiyənin təşviq etdiyi diplomatik iradə

İlk dəfədir ki, tərəflər – Rusiya və Ukrayna – öz mövqelərini yazılı sənəd, yəni memorandum formatında təqdim edirlər. Bu mərhələyə keçid, danışıqların artıq diplomatik “maraqlar bəyanatı” səviyyəsindən çıxaraq real hüquqi və siyasi konturlar qazandığını göstərir. Bu keçidin arxasında isə məhz Türkiyənin məqsədyönlü təzyiqi və təşviqedici diplomatiyası dayanır. Ankara tərəfləri sadəcə bir araya gətirmir, prosesi yönəldir və irəlilədir.

Türkiyə – yeni təhlükəsizlik memarı

Rusiyanın NATO ilə bağlı yazılı təminat istəyi və Avropanın təhlükəsizlik arxitekturasında baş verəcək mümkün dəyişikliklər, Ankaranın vasitəçiliyindəki danışıqları postmünaqişə dövrü üçün yeni regional düzənin əsasını qoyacaq bir prosesə çevirir. Artıq təkcə müharibənin dayandırılması deyil, geosiyasi sabitliyin yeni əsaslarının yaradılması müzakirə edilir. Bu isə Türkiyəyə Avropa və Avrasiya arasındakı təhlükəsizlik körpüsü funksiyasını qazandırır.

“Neo-Yalta” modelinin əsas oyunçusu: Ankara

İstanbul görüşü uğurla nəticələnərsə, bu, Türkiyənin yalnız region deyil, qlobal siyasətdə də təsiredici gücə çevrildiyini rəsmiləşdirəcək. Bu proses həm də yeni diplomatik modelin – balanslı, çoxqütblü, iştirakçı vasitəçilik modelinin – Türkiyə tərəfindən tətbiq olunduğunu göstərir. Ankaranın təşəbbüsü ilə qurulan bu platforma müasir dünyanın ehtiyac duyduğu praqmatik və tərəfsiz vasitəçilik nümunəsinə çevrilir.

İstanbul danışıqları bir daha göstərir ki, Türkiyə artıq klassik geosiyasi koordinatlar çərçivəsində “ərəb-İsrail böhranları” tipli regional məsələlərdə deyil, bütün qitələri əhatə edən sistemli böhranlarda açar oyunçudur. Bu status yalnız diplomatik bacarıqla deyil, etimad, çeviklik, tarazlıq və təşəbbüskar güc kimi keyfiyyətlərin sintezilə qazanılıb.

Züriyə Qarayeva
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri