Icma.az
close
up
RU
İstanbul görüşü: Rusiya sülhə yenə arxa çevirib

İstanbul görüşü: Rusiya sülhə yenə arxa çevirib

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyaya sülh sazişi bağlamaq üçün 50 gün vaxt verən ABŞ prezidenti Donald Trampın yüksək səsli ultimatumuna baxmayaraq, Kiyev və Moskva arasında danışıqların üçüncü raundu heç bir irəliləyiş olmadan başa çatıb.
Reyting.az
“Wall Street Journal”-a istindla bildirir ki, tərəflər çərşənbə günü İstanbulda görüşüblər.
Moskva Trampın xəbərdarlığına baxmayaraq güzəştə getmədiyini nümayiş etdirib.
Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov deyib ki, hərbi əməliyyatların dayandırılması və atəşkəslə bağlı heç bir irəliləyiş yoxdur.
O vurğulayıb ki, altı ay davam edən danışıqlar faktiki olaraq heç bir nəticə verməyib.
Umerovun sözlərinə görə, Ukrayna yenidən prezident Zelenski və Putin arasında birbaşa görüş təklif edib, lakin Moskva bir daha bundan imtina edib.

Rusiya nümayəndə heyətinə əvvəlki görüşlərdə olduğu kimi keçmiş mədəniyyət naziri, Putinin etibarlı adamı Vladimir Medinski başçılıq edib.
Müşahidəçilər vəziyyəti “diplomatik kabuki” adlandırıblar.
Karnegi Rusiya-Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuev qeyd edib: “Cənab Putin, məlum səbəblərə görə, Ukraynanın tam təslim olması olmayan heç bir sövdələşmədə maraqlı deyil”.
Amma Tramp iqtisadi təzyiqlə hədələyərək vasitəçi rolunu saxlamağa çalışır. Keçən həftə o, 50 gün ərzində sülh əldə olunmasa, Rusiyanın aparıcı ticarət tərəfdaşlarına 100 faiz tariflər tətbiq edəcəyinə söz vermişdi. Eyni zamanda o, Ukraynaya əlavə “Patriot” sistemləri göndərməyə hazır olduğunu açıqlayıb.
Ağ evin mətbuat katibi Anna Kelli deyib: “Rusiya və Ukrayna prezident Trampın rəhbərliyi sayəsində uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar aparır”. Lakin analitiklər hesab edirlər ki, bu addımlar Moskvanı təslim olmağa məcbur etməyəcək.
“Tramp çətin ki, qəti addımlar atsın. O, Rusiyanın resurslarını tükəndirmək və ukraynalılara fəal dəstək verməkdənsə, vaxtı uzatmağa üstünlük verir”, - Qabuev hesab edir.
Konqresdən, xüsusən də senator Lindsey Qrahamın sanksiyalarla bağlı təklifləri Trampın özü tərəfindən əngəllənib. Rusiyaya qarşı təklif edilən 500 faiz tarifləri respublikaçılar tərəfindən dəstəklənməyib.
Moskva isə öz növbəsində sərt şərtlər irəli sürür: Krım və nəzarət etmədiyi bölgələr də daxil olmaqla digər dörd bölgə üzərində Rusiyanın suverenliyinin tanınması və Ukraynanın neytrallığı tələbi.
Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub. Danışıqlar bir saatdan az davam edib və müzakirələr bağlı qapılar arxasında aparılıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Ukraynanın ruslara avqustun sonuna qədər Türkiyə və ABŞ prezidentləri Rəcəb Ərdoğan və Donald Trampın iştirakı ilə liderlərin görüşünün keçirilməsini təklif etdiyini bildirib.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri