İstanbul Hava Limanı Avropanın ən bahalı hava limanı adlandırıldı
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın "Corriere della Sera" qəzetinin araşdırmasına əsasən, İstanbul Hava Limanı yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava limanları arasında birinci yeri tutub.
Sfera.az xəbər verir ki, araşdırmaya görə, hava limanında yarım litr Evian suyu 6 avroya, kruassan və ya sendviç 16,5 avroya, kapuçino isə 9 avroya satılır. Müqayisə üçün, Berlin hava limanında suyun qiyməti 5,9 avro, Frankfurt hava limanında 4,75 avro, Londonda isə 4,5 avrodur.
İstanbul Hava Limanının operatoru İGA bu qiymətlərin beynəlxalq standartlara uyğun olduğunu bildirib. Şirkət, xüsusilə Dubay, Amsterdam və London kimi hava limanları ilə rəqabətə yönəldiklərini vurğulayıb.
Ekspertlər bu qiymətlərin sərnişinlərin rahatlığına və hava limanının premium xidmətlər təqdim etməsinə əsaslandığını qeyd edir. Lakin yüksək qiymətlər ictimaiyyətdə müzakirələrə səbəb olub.(Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















