İstanbul klublarının transfer yarışında Fənərbaxça qalib oldu
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Aston Villa"nın müdafiəçisi Dieqo Karlos karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Karlosu "Qalatasaray" da heyətinə qatmaq istəyirdi. "Sarı-qırmızılar"ın əzəli rəqibin "Fənərbxça" transfer yarışında qalib olmağı bacarıb.
31 yaşlı mərkəz müdafiəçisi bu gecə İstanbulda olacaq. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. "Fənərbaxça" təcrübəli oyunçu üçün İngiltərə klubuna11 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Aston Villa" Dieqo Karlosu 2022-ci ilin yayında "Sevilya"da transfer edib. Futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 Yanvar 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















