“İstanbul NS” adı keçən qalmaqala aydınlıq gətirdi, “Halva” restoranı isə...
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Keçmiş aparıcı Azər Zahidin “TikTok”-da təşkil etdiyi şoulardan birində tanınmış “İstanbul NS” klinikası və “Halva” restoranının orada reklam olunması diqqət çəkib. Bildirilir ki, sözügedən klinika və restoran ictimaiyyətdə narazılığa səbəb olan, əxlaqsızlığı təbliğ edən şounun maliyyələşdirilməsində yer alır.
Məsələ ilə bağlı Globalinfo.az adıçəkilən müəssisələrə sorğu ünvanlayıb.
“İstanbul NS” klinikasının baş həkimi Azər Nəsirov xəbəri təkzib edib.
O, klinikanın həmin proqrama sponsorluq etmədiyini bildirib:
“Düzü, “TikTok” sosial şəbəkəsindən istifadə etmirəm, anlayışım da yoxdur. Mən orada yayımlanan proqrama sponsorluq etməmişəm. Bəli, Azər Zahidlə uzun illərdir şəxsi tanışlığımız var. O efirlərin birində aparıcı olan zaman əməkdaşlığımız olub. Ondan sonra dost olmuşuq. Lakin dediyim kimi, mən onun proqramına sponsorluq etmirəm. Ola bilər ki, adam klinikamızı reklam etməklə bizə kiçik bir jest edib. Başqa bir şey mümkün deyil”.
“Halva” restoranından isə cavab olmaq mümkün olmayıb.
Xatırladaq ki, dekabrın 23-də “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlar arasında keçmiş aparıcı Azər Zahid, özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı və bir neçə tiktoker polis əməkdaşları tərəfindən saxlanılıb.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Dekabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















