İstanbul polisi turistlərin zəhərlənərək öldüyü hoteli möhürləyib
Icma.az bildirir, Moderator.az portalına istinadən.
İstanbul polisi bazar günü səhər şəhərin Fatih rayonunda yerləşən hoteli möhürləyib. Hoteldə qalan üç nəfərin fastfuddan zəhərlənməsi nəticəsində öldüyü ehtimal edilir.
Moderator.az bu barədə "CNN Türk" telekanalına istinadən xəbər verir.
"Sabah" qəzetinin yazdığına görə, həkimlər hoteldə qalan 15 nəfəri müayinə ediblər və onların sağlamlığında problem aşkarlanmayıb. Bu şəxslər digər hotellərə köçürülüblər.
Daha əvvəl bildirilmışdi ki, noyabrın 9-da Fatih rayonundakı "Harbour suits old city" mehmanxanasında Almaniyadan olan ailə qalıb, onların üç üzvü, o cümlədən üç və altı yaşlarında iki uşaq Beşiktaş rayonunda olan kafelərdən birində yedikləri midiyalar və kartofdan zəhərlənərək ölüblər. Ailənin üzvlərindən biri xəstəxanaya - Reanimasiya şöbəsinə yerləşdirilib.
15 noyabr tarixində həmin hoteldən daha iki turist - İtaliya və Mərakeş vətəndaşları qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Baxış sayı:97
Bu xəbər 16 Noyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















