İstanbul reysində təyyarədə panika: Powerbank alovlandı
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinə məxsus Yekaterinburq-İstanbul reysi zamanı təyyarədə qeyri-adi hadisə baş verib.
Modern.az xəbər verir ki, Airbus A320 təyyarəsi Yekaterinburqdakı Koltsovo hava limanından qalxdıqdan dərhal sonra sərnişinlərdən birinin şarj cihazı (“powerbank”) alovlanıb.
Ekipaj dərhal müdaxilə edərək yanğını söndürüb. Yüngül xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib.
Hadisə uçuşa təsir etməyib və təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib. Aviaşirkət bildirib ki, ekipajın çevik və koordinasiyalı əməliyyatı sayəsində yanğın qısa zamanda tamamilə aradan qaldırılıb. (HaberGlobal)
Bu mövzuda digər xəbərlər:Təyyarədə “powerbank” aparmaq istəyənlərin nəzərinə!
17 Noyabr 2025 12:08
İstanbul reysində gözlənilməz hadisə
04 İyul 2026 17:00
Maşınında powerbank partladı Foto
05 Avqust 2025 15:29
Dünyada ən böyük powerbank
10 Fevral 2025 14:33
Bu powerbank lar yığışdırılır Böyük risk
13 İyun 2025 16:22
Baxış sayı:141
Bu xəbər 26 Fevral 2026 03:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















