İstanbul sakinlərinə kritik XƏBƏRDARLIQ “Evdən çıxmayın”
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
İstanbul sakinlərinə fasiləsiz yağışlar səbəbindən zərurət olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
"Bakupost" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Oktyabrın 16-sı səhər saatlarında şəhərdə, xüsusilə şimal və Avropa hissəsindəki rayonlarda yağıntıların daha da güclənəcəyi gözlənilir. Proqnozlaşdırılan leysanlar və torpaq sürüşməsi riski ilə əlaqədar vali Davut Gül sakinləri evdə qalmağa və avtomobillə səfərlərdən çəkinməyə təkidlə çağırıb. İstanbulda məktəblər bağlanıb, dövlət qulluqçularına isə rəsmi qeyri-iş günü verilib.
“Zirzəmilərdə və su basma riski olan yerlərdə qalmayın, su anbarlarından, çay yataqlarından və su altında qalmış piyada keçidlərindən uzaq durun”, — deyə Gül bildirib.
İstanbulda daşqın baş verib, təbii fəlakət nəticəsində üç nəfər həyatını itirib. Ötən gün şəhərə güclü leysan yağışları yağıb — su küçələri və yaşayış evlərini basıb, avtomobillər yollarda qalıb. Beykoz rayonunda 242 mm yağıntı düşüb ki, bu da İstanbulda 1985-ci ildən bəri qeydə alınan en yüksək göstəricilərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Oktyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















