Icma.az
close
up
RU
İstanbula güclü qar yağır: Uçuşlar dayandırıldı Bakıya nə vaxt gəlir? KONKRET

İstanbula güclü qar yağır: Uçuşlar dayandırıldı Bakıya nə vaxt gəlir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbula güclü qar yağır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, meteorologiya idarəsindən verilən xəbərdarlıqlardan sonra İstanbulda son 5 ilin ən güclü qar yağışı başlayıb.

Bugün “Sibirə dönməsi” gözlənilən şəhərdə qarın qalınlığının 40 santimetrə çatacağı bildirilir və vətəndaşlara “avtomobillə yola çıxmayın, ictimai nəqliyyatdan istifadə edin” xəbərdarlıqları edilir. Əlverişsiz hava şəraitinin 6 gün davam edəcəyi gözlənilir. Qarın xüsusilə bazar günündən etibarən şiddətlənəcəyi bildirilir.

Ekspert Adil Tek vəziyyəti belə şərh edib: “Ötən illərdə İstanbulda dəniz suyu temperaturunun 8 dərəcə civarında olduğunu müşahidə etmişdik, o zaman qarın yerdə qaldığını görmüşdük. Yenə də dənizdə suyu temperaturu 8-9 dərəcə arasında dəyişir. Bu da qarın yerdə qalmaq ehtimalını artırır.”

Nəqliyyat və İnfrastruktur Nazirliyi 19-21 fevral 2025 tarixləri arasında İstanbul Hava Limanı və Sabiha Gökçen Hava Limanında alınan tədbirləri açıqlayıb. Nazirliyin açıqlamasına görə bəzi uçuşların ləğv edilməsi qərarı alınıb. Günlük orta hesabla min uçuşun həyata keçirildiyi hava limanında 19 fevralda təxminən 150, 21 fevralda isə təxminən 200 uçuşun ləğv edilməsi gözlənilir. Sabiha Gökçen Hava Limanında isə 19 fevral günü üçün hər hansı bir uçuş ləğvi gözlənilmir, ancaq 20 fevral cümə axşamı uçuşların 10%-i ləğv ediləcək. Bu çərçivədə Pegasus Hava Yolları 46, Ajet Hava Yolları isə 22 uçuşunu dayandıracaq. Səyahətçilərə uçuş ləğvləri və yenilənmiş uçuş məlumatları üçün hava yolu şirkətlərinin rəsmi bildirişlərini izləmələri tövsiyə olunur.

Bakıya qar nə vaxt yağacaq?

Sabah gecədən etibarən Bakıya sulu qar, bəzi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Belə ki, Fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.

“Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var”,- deyə məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri