Icma.az
close
up
RU
İstanbulda 29 cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb

İstanbulda 29 cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 12 may, AZƏRTAC

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu il “Qlobal məsuliyyət - müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam” mövzusunda təşkil edilən tədbirdə 48 ölkədən çox sayda siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edir.

Bu gün zirvə toplantısının rəsmi açılış mərasimi olub.

Zirvə Görüşündə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov təmsil edirlər.

Tədbirdə əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancarın tədbir iştirakçılarına ünvanlanan məktubları oxunub.

Mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver dünyada baş verən qlobal qeyri-tarazlıq, qarşıdurmalar barədə danışıb, bəşəri nizamın təməldən sarsıldığını qeyd edib. O, bu tədbirlərdə sülh, demokratiya, iqtisadi əməkdaşlıq və ictimai inklüzivlik istiqamətində yeni perspektivlər inkişaf etdirməyi qarşıya məqsəd qoyduqlarını bildirib, mövcud qlobal vəziyyətin düzəlməsinin bəşəriyyətin gələcəyi üçün əsas şərt olduğunu deyib.

Digər çıxış edənlər qlobal problemlər, beynəlxalq sistemin buna yol açdığı səbəblər, eləcə də həlli yolları barədə danışıblar.

Sonra Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Avstriyanın sabiq müdafiə naziri Verner Fasslabend, Xorvatiyanın sabiq Prezidenti İvo Josipoviç və digərləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin İcraiyyə Komitəsinin “Şərəf Medalı” ilə təltif olunublar.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə “Müharibə, terror, münaqişə və məcburi miqrasiya ilə birlikdə müharibədən sonrakı dünyada enerji və iqtisadiyyat”, “Qlobal sülh”, “Suyun və yaşıllığın tükəndiyi bir planetdə yaşamaq”, “Demokratiya, qadınlar və sülhün gələcəyi”, “Dəyişən qlobal və iqtisadi dəyərlər işığında: Avropa İttifaqının sınağı” kimi mövzular müzakirə ediləcək, insanlıq üçün fürsət və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri