Icma.az
close
up
RU
İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov həbs edilib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

İlkin araşdırma sonrası  ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.

Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.

seeBaxış sayı:83
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri