Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

İstanbulda alışveriş terapiyasına qoşulun FOTOLAR

İstanbulda alışveriş terapiyasına qoşulun FOTOLAR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bu noyabrda dünya üzrə mağazalar endirimlər və kampaniyalar təklif edərkən, dünyanın ən yaxşı alış-veriş şəhərlərindən birində alış-veriş etmək istəyirsiniz? O,  zaman, multikultural kimliyini əks etdirən ən yaxşı ustalar və məhsullarla zəngin İstanbul tam axtardığınız yerdir.
İstanbul, hər biri özünəməxsus tərzi ilə müxtəlif alış-veriş məkanları ilə zəngindir. Dəbli butiklərdən rəngarəng bazarlara, məşhur dizaynerlər tərəfindən dizayn olunmuş geyimlərdən, ənənəvi suvenirlərə qədər İstanbulda sizi həyəcanlandıracaq hər şey var.
Tarixi bazarlar və ənənəvi alış-veriş
İstanbulun ən autentik şəhər təcrübələrindən biri də onun tarixi bazarlarını kəşf etməkdir. Bu bazarlardan ən məşhurları Böyük Bazar və Ərzaq Bazarlarıdır. Burada görəcəyiniz unudulmaz mənzərələri, səsləri və rəngləri başqa heç bir yerdə tapmaq mümkün deyil. Böyük Bazar, nəhəng bir labirintə bənzəyir və dünyanın ən qədim və ən böyük alış-veriş mərkəzlərindən biridir. Bazarda gəzərkən, sənətkarlıq ənənələrinin gücünü hiss edəcək, yüksək keyfiyyətli məhsullar alacaqsınız. Bu məhsullar arasında Anadolu xalçaları, dəridən hazırlanan əşyalar, əl işləri olan lampalar və ipək paltarlar da var. Həmçinin, dükan sahibləri ilə söhbət edərkən, armudu stəkanlarda türk çayı içmək fürsəti əldə edəcəksiniz. Sonra, bazarın arxa küçələrində yerləşən, qədim ənənəyə malik “esnaf lokantası” adı verilən türk restoranlarında orijinal dadları sınaya bilərsiniz. Digər tərəfdən, Ərzaq Bazarı, rəngarəng məhsulları ilə gözəllik və qeyri-adi qoxular dünyasına səfər etməyə imkan verir. Burada ədviyyatlar və türk ləzzətləri xüsusilə diqqət çəkir.
Böyük Bazarda bacarıqlı sənətkarlar tərəfindən hazırlanan çoxsaylı nadir əşyalar tapa bilərsiniz. Burada çoxəsrlik qızıl ustalığı ənənəsi yaşanır, buna görə də səfərinizdən unikal və xüsusi hazırlanmış zərgərlik parçası almağınızı tövsiyə edirik.
İstanbulda gün boyu alış-veriş
Daha müasir alış-veriş təcrübəsi üçün İstanbulun dəbli ticarət mərkəzlərinə baş çəkməlisiniz. Şəhərin ticarət mərkəzləri kondisioner, park yeri və əlillər üçün xüsusi şəraitlə təchiz olunub və saat 10:00-dan 22:00-a qədər açıqdır, bu da ziyarətçilərə istənilən vaxt rahat alış-veriş etmək imkanı verir. Ticarət mərkəzlərində lüks brendlər daxil olmaqla, saysız-hesabsız məhsul tapmaq mümkündür. Bununla yanaşı, restoranlar, kafelər və kinoteatrlar da mövcuddur, beləliklə burada ailə və ya dostlarınızla bütün gününüzü keçirə bilərsiniz. Əlavə olaraq, uşaqlar üçün oyun sahələri və tematik parklar kimi əyləncə imkanları, həm uşaqların, həm də ailələrin alış-verişi daha rahat və stressiz etmələrini təmin edir.
Həftə sonları sıx ola biləcəyindən, daha rahat bir təcrübə üçün ticarət mərkəzlərinə həftə içi günlərində baş çəkməyinizi tövsiyə edirik.
Alış-veriş, yemək və istirahət: İstanbulun ticarət küçələri
İstanbul, həmçinin bir çox mağazanın, kiçik butiklərdən tutmuş lüks brend mağazalarına qədər geniş çeşidli təcrübələr təklif edən canlı alış-veriş küçələri ilə məşhurdur. Bu küçələr yalnız alış-veriş deyil, eyni zamanda mədəniyyətin, dizaynın və qastronomiyanın da kəsişdiyi nöqtələrdir.
İstanbulun ən tərzli və dəbdəbəli bölgələrindən biri olan Nişantaşı, yerli dizaynerlərin mərkəzi olaraq diqqət çəkir. Nişantaşının əsas alış-veriş küçəsi olan Abdi İpekçi isə dünya səviyyəli lüks markalar və butiklərlə yanaşı, incə restoranlar, kafelər və sənət qalereyaları ilə doludur. Burada həm modern, həm də klassik tərzlərdə zərifliyini qoruyan alıcılıq təcrübəsi yaşanır.
Bağdat Caddesi İstanbulun Anadolu tərəfini əhatə edən ən gözəl alış-veriş bulvarlarından biridir. Bu küçə, həm yerli, həm də beynəlxalq lüks brendlərin, eksklüziv dizayn mağazalarının cəmləşdiyi bir məkandır. Bağdat Caddesi, daha çox yüksək statuslu müştərilər üçün nəzərdə tutulmuş premium alış-veriş və mədəniyyətlərarası bir təcrübə təklif edir.
İstiqlal Caddesi, Taksim Meydanından Beyoğlundakı tünelə qədər uzanır və təkcə bir alış-veriş küçəsi olmaqla qalmır, eyni zamanda İstanbulun tarixi və mədəniyyətini yaşadan bir məkandır. Bu küçə, çoxsaylı mağazaları, qeyri-adi tapıntılar təklif edən butiklərin, geyim və zərgərlik mağazalarının yerləşdiyi mərkəzdir. İstiqlal, həm də daha rahat bir atmosferə sahibdir, burada müxtəlif  mağazalar, kitab dükanları və neoklassik arkaadlardakı dükanlar sizi çoxsaylı maraqlı tapıntılarla qarşılayır.
Abdi İpəkçi, Bağdat və İstiqlal küçələrində yalnız alış-veriş deyil, həm də əla restoranlar və  kafelərlə  qarşılaşacaqsınız. Alış-veriş zamanı burada bir ara verərək, hər biri özünəməxsus atmosferə malik olan bu məkanlarda zövq alacağınız bir nahar fasiləsi etməyi unutmayın.
İstanbulun bu canlı alış-veriş küçələri, ticarət və mədəniyyətin iç-içə olduğu, həm əyləncəli, həm də zövqlü bir təcrübə yaşamaq istəyənlər üçün ideal seçimlərdir. Alış-verişin yalnız məhsul alışı olmadığını, eyni zamanda şəhərin dinamikasını və mədəniyyətini yaşamaq anlamına gəldiyini unutmamalıyıq.
Vintaj alış-veriş məkanları
İstanbul, həm də antikvar və ikinci əl əşyaların alqı-satqısı üçün ideal bir məkandır. Əgər kolleksiyaçısınız və ya davamlı alış-veriş təcrübələrini dəyərli hesab edən bir səyahətçisinizsə, Çukurcuma məhəlləsinə baş çəkin. Galatasaray və Cihangir arasında yerləşən bu məkanda, əsl xalçalardan 20-ci əsrə aid zərif mebellərə qədər gizli xəzinələrlə dolu mağazalar küçə boyunca sıralanıb.
Bir başqa əla antikvar və ikinci əl mağazalarının yerləşdiyi məkan isə Balatdır. Bu çoxmədəniyyətli bölgə, Qızıl Buynuz sahilində yerləşir və Osmanlı dövründən bəri antikvar ticarətinin mərkəzi olmuşdur. Ancaq bu gün Balat, həm də İstanbulun ən həyəcanlı hərrac mədəniyyətinə ev sahibliyi edir. Feriköy, Şişli rayonu da autentik kolleksiyalar üçün ideal bir yerdir. Feriköy Antikvar Bazarına daxil olduğunuzda, 200-dən çox satıcı tərəfindən təqdim olunan maraqlı əşyalarla əhatə olunacaqsınız. Burada sikkə kolleksiyaları, qədim zərgərliklər və vintaj geyimlər tapmaq mümkündür.
Hər məhəllə, müəyyən bir günün həftəlik bazarını təşkil edir. Bu səbəbdən, bu yerlərin canlı atmosferinə qərq olmaq və antikvar mağazalarından, köhnə bazarlardan zövq almaq üçün həmin günləri qaçırmayın. İstanbulun yerli bazarlarında alış-veriş, həm mədəniyyətlə tanış olmaq, həm də nadir əşyalar tapmaq üçün mükəmməl bir fürsətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri