İstanbulda ard arda 127 zəlzələ... Bütün binalar 4 gün içində bir bir yoxlanılacaq
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Bu gün İstanbulda ən böyüyü 6,2 bal gücündə olan ümumilikdə 127 zəlzələ baş verib.
Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, bu məlumatı AFAD Böhran Mərkəzində Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.
O bildirib ki, 6.2 bal gücündəki zəlzələdən sonra ikinci böyük təkan Bakı vaxtilə saat 18:55-ə olub - 5,9 bal gücündə.
Nazir bildirib ki, ölən yoxdur, yalnız Fatih rayonunda xarabalığı xatırladan bir bina şöküb: "Mövcud vəziyyətdən panikaya ehtiyac yoxdur. Biz bütün dövlət qurum və təşkilatlarımızla həyəcan təbili çalmışıq. Türkiyə Fövqəladə Fəlakətlərə Müdaxilə Planı çərçivəsində bütün prosedurlar AFAD-ın koordinasiyası ilə həyata keçirilib. Müəssisələrimiz bələdiyyələrimizlə birlikdə bütün gücləri ilə yerlərdə işlərimizi davam etdirirlər. AFAD Elm Şurasında professorlarımızla görüşürük. Onların fikirlərinə uyğun olaraq hər cür ehtiyat tədbirləri görülür".
Nazir deyib ki, dövlət qurumlarından başlayaraq bütün binaları sürətlə yoxlanılacaq: "İstanbulda bütün 4 gün ərzində bir-bir yoxlanılacaq".
Səhiyyə naziri Kamal Memişoğlu isə bildirib ki, zəlzələdən birbaşa xəsarət alan olmayıb, lakin yıxılan, tullanan və panik atak keçirən 236 vətəndaş var: "Yaralılarımızın hamısının vəziyyəti yaxşıdır və müalicəsi davam edir".
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 23 Aprel 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















