Icma.az
close
up
RU
İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir Fotolar

İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir Fotolar

Icma.az bildirir, Axsham.az portalına istinadən.

İstanbulda “Azərbaycan Kino Günləri”nə start verilib.

Axşam.az xəbər verir ki, təşəbbüs Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Layihəyə əsasən, mayın 14-dək davam edəcək kino günləri çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə son illərdə istehsal olunan filmlərimizin nümayişi nəzərdə tutulur.

Kino günlər çərçivəsində milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.

İstanbulun Bahçeşehir Universitetində təşkil olunan film nümayişindən əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin hər gün daha da genişləndiyini, müxtəlif layihələrin uğurla həyata keçirildiyini qeyd edib.

Samir Abbasov iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin birgə layihəsi kimi reallaşdırılan “Azərbaycan Kino Günləri” haqqında danışaraq, xalqımızın tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən kino sənətinin hər bir insana təsir edən gözəl vasitə adlandırıb.

Bahçeşehir Universitetinin prorektoru, kino və televiziya bölməsinin rəhbəri professor Nilay Ulusoy çıxışında təşkil edilən günlərin Türkiyədə yeni Azərbaycan filmlərinin tanıdılmasına xidmət etdiyini vurğulayıb.

“Cənnət yuxusu” bədii-sənədli filminin rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Elxan Cəfərov isə ekran əsərinin hazırlanma prosesi və Mirzə Qədim İrəvani ilə bağlı fikirlərini bölüşüb.

Sonra filmi nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsindən bəhs edir.

Əsər Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində lentə alınıb.

Film “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ərsəyə gəlib. Filmin premyerası Heydər Əliyev Mərkəzində keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://axsam.az
archiveBu xəbər 13 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri