İstanbulda baş verən zəlzələdən sonra fövqəladə toplantı KEÇİRİLDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbulun Silivri açıqlarında baş verən 6,2 bal gücündəki zəlzələdən sonra Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Başqanlığı (AFAD) tərəfindən Türkiyə Təbii Fəlakət Müdaxilə Planı (TAMP) çərçivəsində bütün aidiyyəti qurumların iştirakı ilə fövqəladə toplantı təşkil olunub.
Redaktor.az xəbər verir ki, AFAD-ın rəsmi sosial media hesabında verilən açıqlamada bildirilir ki, zəlzələnin saat 12:49-da qeydə alınmasından dərhal sonra saat 13:15-dən etibarən TAMP işə salınıb. Daxili İşlər nazirinin müavini Münir Karaloğlunun rəhbərliyi ilə bütün təbii fəlakət qruplarının nümayəndələri AFAD-ın Baş İdarəsinin Fövqəladə Hallar Mərkəzində toplanıb və vəziyyət real vaxtda izlənilir.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Aprel 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















