İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq etdiyi müəyyən olunan 3 nəfər saxlanılıb
İstanbul Respublika Baş Prokurorluğunun əlaqələndirməsi ilə İstanbul Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi və MİT tərəfindən “hərbi və siyasi casusluq” fəaliyyətlərinin ifşasına yönəlik əməliyyat keçirilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, araşdırmalar zamanı Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyat xidmətinin əməkdaşlarının Türkiyədə fəaliyyət göstərən bir GSM şirkətinə aid nömrə ilə saxta profillərdən istifadə edərək müdafiə sənayesi qurumlarında çalışan rəhbər şəxslər, Xarici İşlər Nazirliyinin istifadə etdiyi telefon və bəzi xarici ölkə rəsmiləri ilə təmas qurub kritik vəzifələrdə çalışanlara dair bioqrafik məlumat toplamağa çalışdığı müəyyənləşdirilib. Bu məqsədlə həmin GSM nömrəsini alıb BƏƏ-yə apararaq kəşfiyyatçılara verən və bir-biri ilə əlaqəli olan 4 nəfər də aşkarlanıb.
Keçirilən əməliyyat zamanı 4 şübhəlinin 3-ü saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfər barəsində isə axtarış qərarı çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 25 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















