Icma.az
close
up
RU
İstanbulda Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd ediləcək

İstanbulda Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd ediləcək

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq uzun illərdir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi (Vizyon Teatrı) Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşır.

Bu barədə AZƏRTAC-a müsahibəsində teatrın rəhbəri, aktrisa Kamalə Kamal Cabbarova məlumat verib.

O bildirib ki, Azərbaycan milli şüurunun oyanışında böyük xidmətləri olan Bəxtiyar Vahabzadəni yad etmək, onun yaradıcılığını daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə geniş proqram hazırlanır.

“Bəxtiyar Vahabzadənin dövrün çətinliklərinə baxmayaraq xalqın milli kimliyini oyandırmaq məqsədilə qələmə aldığı əsərləri illər keçməsinə baxmayaraq hələ də aktuallığını qoruyur. Bütün bunları gələcək nəslə çatdırmaq isə bizim ən böyük vəzifəmizdir. Görkəmli şairin yazdığı şeirlərdə Vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzular ən güclü və dərin məzmunlarla oxucuya çatdırılır. Onun şeirlərinə baxdığımızda gözə çarpan ilk məqam Vətən sevgisidir. Biz incəsənət təmsilçiləri olaraq bütün bunları sənətin dili ilə tamaşaçıya çatdırmalıyıq. Bu məqsədlə İstanbulda ikigünlük geniş proqramla tamaşaçı qarşısına çıxmağa hazırlaşırıq. Proqrama Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi, şairin həyatını və əsərlərini izah edən panel iclas daxildir. Proqram çərçivəsində hazırladığımız “İstiqlal şairi” sənədli filmin təqdimatı, Türkiyə-Azərbaycan Teatrının şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası da olacaq. Sənədli film Hafiz Ataxanlı, Günel Karatepe, Zeynəb Yalçın, Sahil Nəzərovanın birgə fəaliyyəti nəticəsində hazırlanıb. Filmin bəstəkarı Orxan Lətifzadədir. Rejissorluğunu Minə Bayrakerinin üzərinə götürdüyü səhnə əsərinin musiqi tərtibatı Vüsalə Əsgərova, dekorasiyası Aylin Axundzadə və Bülent Altaya aiddir. Tamaşanın truppa müdiri Bəhram Afsaldır. Hər iki layihənin rəhbəri mənəm. Tədbirdə Orxan Lətifzadənin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi əsər də ilk dəfə səsləndiriləcək”,- deyən aktrisa bildirib ki, artıq altı aydır hazırlıqları davam edən layihə Azərbaycan Diasporuna Dəstək Fondu, Mədəniyyət Nazirliyi və Türkiyənin müvafiq qurumlarının dəstəyi ilə ərsəyə gətirilir.

Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri olduğunu qeyd edən teatr rəhbəri deyib: “Şairin geniş oxucu kütləsinə xitab edən əsərləri Türk mədəniyyətinə böyük töhfə vermiş dəyərli incilərimizdəndir. Bizim də məqsədimiz bunun gənclərə çatdırmaqdır. Tədbir də Bəxtiyar Vahabzadəni tanıtmaq, onun həyatının və əsərlərinin bizlərə təsiri haqqında məlumat vermək üçün həyata keçirilir. Bu kimi proqramların gənclərin sənət və mədəniyyətlə bağlı maraqlarını artırmaq, yaradıcılıqlarını inkişaf etdirmək və onlara fərqli perspektivlər təqdim etməkdə rol oynayacağına inanıram”.

Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi ölkəmizin mədəniyyət nümunələrini Türkiyədə təmsil edən yeganə sənət məbədidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri