İstanbulda cinayətkar dəstələrə qarşı əməliyyat: 58 nəfər həbs edildi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İstanbulda son 1 ay ərzində cinayətkar dəstələrə qarşı keçirilən əməliyyatlarda saxlanılan 104 şübhəlidən 58-i həbs olunub.
Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları, son dövrlərdə “yeni nəsil” adlandırılan motosikletli şəxslərin iş yerlərinin atəşə tutulması və silahlı basqın kimi hadisələrdə iştirak etməsi ilə bağlı araşdırma aparıb, şübhəlilərin kimlik və ünvanlarını müəyyənləşdirib.
15 aprel – 15 may tarixləri arasında Ataşehir, Bahçelievler, Bakırköy, Başakşehir, Beşiktaş, Büyükçekmece, Esenler, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Küçükçekmece, Pendik, Şişli, Tuzla və Ümraniye rayonlarında həyata keçirilən əməliyyatlarda 23 cinayətdə əli olan 104 şübhəli saxlanılıb. Onlardan 58-i barəsində həbs qətimkan tədbiri seçilib.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















