İstanbulda dəhşətli yanğın: Məşhur aktrisanın evi alovlara büründü
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
İstanbulda baş verən yağın nəticəsində Türkiyənin məşhur aktrisası Şebnem Bozoklunun evi alovlara bürünüb.
Oxu.Az bu barədə DHA-ya istinadla xəbər verir.
Bildirilir ki, Beşiktaş rayonunda üçmərtəbəli taxta binada yanğın başlayıb, alov qısa müddətdə nəzarətdən çıxaraq ətrafda yerləşən daha üç evə yayılıb. Bu evlərdən biri aktrisaya məxsus olub.
Məlumata görə, alovların təsiri ilə binalardan biri qismən çöküb, park edilmiş avtomobil dağıntıların altında qalıb.
Yanğınsöndürən briqadalar hadisə yerinə tez çatsalar da, dar küçələr və park edilmiş avtomobillər müdaxiləni çətinləşdirib. Buna baxmayaraq, təxminən iki saatlıq intensiv əməliyyatdan sonra yanğın tamamilə söndürülüb.





Məşhur aktrisanın evi yanıb
09 Yanvar 2025 09:47
İstanbulda məşhur hotellər söküləcək
09 İyul 2025 20:15
Məşhur aktyor İstanbulda filmə çəkilir
18 Noyabr 2024 15:44
Məşhur amerikalı aktyor İstanbulda FOTOLAR
29 Sentyabr 2025 10:46
Məşhur aktrisanın dəhşətli taleyi: buna görə öldürüldü
03 Aprel 2025 15:40

