İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” Peskov
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin yaxın günlərdə aydınlaşacağını bildirib.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, Peskov ekspertlərin sərhəddə, dəyişdirilmənin baş verməli olduğu nöqtədə hazır vəziyyətdə olduğunu deyib.
"Bunu artıq bəyan etmişik. İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq”, – deyə Peskov qeyd edib.
Ukrayna tərəfinin həlak olmuş hərbçilərin cəsədlərini qəbul etməməsinin gələcəkdəki dəyişmə proseslərinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq o bildirib:
“Ukraynanın bu məsələdəki mövqeyinin necə dəyişəcəyini görmək üçün həftənin əvvəlini gözləyək”.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















