İstanbulda əməliyyat: 213 şübhəli şəxs saxlanılıb
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
İstanbulda narkotik və stimullaşdırıcı maddələrlə məşğul olan şəxslərə qarşı “Narkokapan-10” əməliyyatı keçirilib.
Reyting.az xəbər verir ki, əməliyyat zamanı narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinən 213 şəxs tutulub. Onlardan 197-si həbs edilib, 13-ü barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.
Türkiyə daxili işlər naziri Ali Yerlikaya deyib ki, əməliyyat davam edəcək.
Qeyd edilir ki, əməliyyat zamanı 25 kiloqram narkotik maddə, 1260 ədəd narkotik həb, müxtəlif miqdarda kokain, heroin və metamfetamin, 6 ədəd dəqiq tərəzi, 1 ədəd vakuum maşını, 9 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz nasoslu ov tüfəngi, 1 ədəd uzunlüləli avtomat silah və külli miqdarda xarici valyuta və türk lirəsi ələ keçirilib.
V. QULİYEV
Baxış sayı:166
Bu xəbər 27 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















