İstanbulda Fələstinə dəstək üçün çoxminlik yürüş keçirilir
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbulun və Türkiyənin digər şəhərlərinin on minlərlə sakini Yeni il günü Fələstinlə həmrəylik yürüşü edib.
Yeniavaz.com xəbər verir ki, tədbir 400-ə yaxın ictimai təşkilatın daxil olduğu “Milli İradə Platforması” tərəfindən təşkil olunub.
Qalata körpüsünə yürüş səhər namazından sonra Sultanəhməd meydanından və İstanbulun mərkəzindəki Taksim məscidindən başlayıb. İştirakçılar İsrail əleyhinə şüarlar səsləndiriblər.
“Biz təslim olmayacağıq, susmayacağıq, Fələstini unutmayacağıq və unudulmasına da imkan verməyəcəyik. Yanvarın 1-də Fələstin xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirmək üçün yürüş edirik”, - tədbirin təşkilatçılarından biri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan deyib.
Yürüşü əhatə edən ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. İstanbul hakimiyyəti bu gün səhər saatlarından etibarən ictimai nəqliyyat xidmətlərində dəyişiklik edib. Aksiya zamanı təhlükəsizliyi minlərlə polis təmin edir.
Bu mövzuda digər xəbərlər:İstanbulda minlərlə insan Fələstinə dəstək yürüşünə başladı
01 Yanvar 2025 11:27
Fələstinə dəstək nümayişləri...
07 Yanvar 2025 18:54
İstanbulda Qəzzaya dəstək yürüş keçirildi VİDEO
02 İyun 2025 00:42
Qüdsdə pravoslavların çoxminlik mitinqi başladı
30 Oktyabr 2025 19:31
İspaniyalı deputat Fələstinə dəstək üçün aclıq aksiyasına başladı
27 Noyabr 2024 22:50
Baxış sayı:76
Bu xəbər 01 Yanvar 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















