İstanbulda iş yerinə partlayıcı maddə atıldı, 7 nəfər yaralandı
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İstanbulun Kağıthane rayonunda yerləşən restoran və əyləncə məkanına partlayıcı maddə atılıb, hadisə nəticəsində 3-ü ağır olmaqla 7 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə Hürriyət məhəlləsindəki Park küçəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Kimliyi hələ müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən restorana partlayıcı maddə atılıb.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslər xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.
Polis ərazidə təhlükəsizlik tədbirləri görərək, küçəni nəqliyyat vasitələrinin hərəkətinə bağlayıb. Bomba axtarış iti ilə çevrədə axtarış aparılıb, ətrafdakı obyektlərin təhlükəsizlik kameralarının görüntüləri toplanıb.
Hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















