İstanbulda İŞİD ə qarşı əməliyyat Terrorçular yeni ildə hücuma hazırlaşırdı
Bakupost saytına istinadən Icma.az xəbər verir.
İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı İŞİD-in Yeni il tədbirlərinə qarşı terror aktı hazırlığında olduğu müəyyən edilib. 124-i ünvanda keçirilən əməliyyatlar zamanı barələrində həbs qərarı çıxarılan 137 şübhəlidən 115-i saxlanılıb.
Bakupost.az xəbər verir ki, prokurorluq əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, terror təşkilatı İŞİD-in yaxınlaşan Yeni il tədbirləri zamanı ilk növbədə qeyri-müsəlman şəxslərə qarşı olmaqla hücum planları hazırladığına dair məlumatlar əldə edilib. Terror təşkilatının fəaliyyətləri çərçivəsində hücumla əlaqəsi olduqları müəyyən edilən, beynəlxalq səviyyədə terror cinayətləri üzrə saxlanılma qərarı verilib. Bu gün gücə saat 01:00-da (Bakı vaxtilə 02:00) ümumilikdə 124 fərqli ünvanda eyni vaxtda axtarış və müsadirə tədbirləri həyata keçirilib, 137 şübhəli şəxs həbs olunub.
Əməliyyatlar nəticəsində xeyli sayda tapança, patron və terror təşkilatına aid çoxsaylı sənədlər müsadirə olunub. Şübhəlilərdən (115)-i saxlanılıb. Ələ keçməyən şəxslərlə bağlı axtarış davam etdirilir.
Cavid, BakuPost
Əlavə məlumatlar barədə ictimaiyyətə ayrıca məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:İstanbulda İŞİD ə qarşı əməliyyat: 21 nəfər saxlanılıb
27 Oktyabr 2025 19:27
İstanbulda İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib
12 İyun 2025 12:58
İstanbulda İŞİD ə qarşı əməliyyat keçirilib, 19 nəfər saxlanılıb
09 Sentyabr 2025 13:22
Türkiyədə İŞİD ə qarşı əməliyyat:
18 İyul 2025 10:54
Türkiyə İŞİD ə qarşı əməliyyat:
18 Sentyabr 2025 10:44
Baxış sayı:109
Bu xəbər 25 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















