İstanbulda İŞİD əməliyyatı: terrorçu öldürüldü
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İstanbulda İŞİD terror təşkilatının üzvü öldürülüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polisi tərəfindən koordinasiyalı şəkildə Sultanbəyli rayonunda həyata keçirilib.
Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən şübhəli əməliyyat zamanı polis əməkdaşlarına atəş açan şübhəli zərərsizləşdirilib, hadisə zamanı bir mülki şəxs yaralanıb.
Məlumata görə, İŞİD-lə əlaqəsi olduğu qiymətləndirilən 21 yaşlı Berkan Ç.-nin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı şübhəli polis əməkdaşlarına atəş açıb. Polis əməkdaşlarının cavab atəşi nəticəsində Berkan Ç. zərərsizləşdirilib.
Hadisə zamanı bir vətəndaşın yaralandığı bildirilib. Faktla bağlı araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















