Icma.az
close
up
RU
İstanbulda keçirilən növbəti “IDEF” sərgisi başa çatıb FOTOLAR

İstanbulda keçirilən növbəti “IDEF” sərgisi başa çatıb FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

İyulun 22-də İstanbulda işə başlayan “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi başa çatıb. SİA xəbər verir ki, sərgidə dünyanın 103 ölkəsindən 231 heyətlə müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun komandanları başda olmaqla, ümumilikdə minə yaxın beynəlxalq nümayəndə iştirak edib.

Sərgidə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil edilib.

“IDEF 2025”-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunub.

Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. “IDEF 2025”-də ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62x54 mm-lik snayper tüfəngi, 2 növ 12,7x108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5x114 mm-lik iriçaplı pulemyot sərgilənib.

Tədbirdə Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin bir sıra məhsulları ilk dəfə ictimaiyyətə təqdim edilib. Bunların arasında yeni nəsil müxtəlif təyinatlı raketlər, “EREN” yüksəksürətli çoxməqsədli dövrə vuran sursat, “300 ER” ballistik raket sistemi, “Şimşek-2” peyk buraxılış qurğusu, yeni nəsil anti-PUA sistemi “EJDERHA”, “ASELFLIR 600” elektro-optik kəşfiyyat, müşahidə və hədəfi izləmə sistemi, yüksək dəqiqliklə hədəf aşkarlama radarı, “GÖKSUR VLS” hava hücumundan müdafiə sistemi kimi bir çox texnologiya, eləcə də Türkiyənin ilk milli hücum katerinin modeli yer alıb.

Altı gün davam edən sərgini 120 mindən artıq qonaq ziyarət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri