İstanbulda polis maşınına partlayıcı maddələrlə hücum olub AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 17 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda bir qrup tərəfindən polis maşınına partlayıcı maddələrlə hücum olub.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Bağcılar rayonunda baş verib.
İlkin məlumata əsasən, icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup tərəfindən bölgədəki polis avtomobilinə süni üsulla düzəldilmiş partlayıcı maddələr və daş parçaları atılıb.
Bölgəyə əlavə təhlükəsizlik qüvvələri və helikopterlər cəlb olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Baxış sayı:143
Bu xəbər 17 Noyabr 2024 02:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















