İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var (Foto)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbulun ən çox istifadə olunan metrolarından biri olan Kadıköy-Sabiha Gökçen xəttində bu axşam qorxulu anlar yaşanıb. Bostancı stansiyası yaxınlığında qatar hələlik məlum olmayan səbəbdən relsdən çıxıb.
Milli.Az xəbər verir ki, Kadıköy istiqamətindən gələn metro qatarı Bostancı stansiyasına yaxınlaşarkən relsdən çıxıb.
Sərnişinlər vaqonlardan düşərək tunelin içərisi ilə piyada getməklə təhlükəsiz yerə çıxmağa məcbur qalıblar.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar təcili yardım briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar.
"Metro İstanbul" şirkətindən verilən məlumata görə, texniki nasazlıq səbəbindən hazırda metrolar bütün xətt boyunca işləmir. Qatar hərəkəti yalnız Maltepe və Sabiha Gökçen Hava Limanı stansiyaları arasında təşkil edilir.
İstanbulun Səhiyyə Müdiri dosent Abdullah Əmrə Günər hadisə yerinə çox sayda təcili yardım və xilasetmə qruplarının cəlb olunduğunu bildirib. O, qeyd edib ki, ərazidə bütün lazımi tibbi tədbirlər görülüb və aidiyyəti qurumlarla birgə işlər davam etdirilir.
Qəzanın dəqiq səbəbini araşdırmaq üçün mütəxəssislər işə başlayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 19 İyun 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















