Icma.az
close
up
RU
İstanbulda Rusiya Ukrayna danışıqlarının ikinci mərhələsi keçirilir

İstanbulda Rusiya Ukrayna danışıqlarının ikinci mərhələsi keçirilir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsində danışıqlar prosesi yenidən sürət qazanıb.

Bizimyol.info xəbər verir ki, ilk turu 16 mayda İstanbulda keçirilən görüşlərin ardından, bu gün tərəflər Çırağan Sarayında növbəti danışıqlar üçün bir araya gəlir.

İlk tur danışıqlarda tərəflər 1000 nəfərlik qarşılıqlı əsir mübadiləsi və mümkün atəşkəs mexanizmləri üzərində razılığa gəlmişdilər. Mübadilə 25 mayda uğurla tamamlanıb.

Sülhə nail olunması üçün diplomatik təmaslarını sürətləndirən Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, bu həftə həm Moskvada, həm də Kiyevdə rəsmi səfərlərdə oldu.

26-27 may tarixlərində Rusiyanın paytaxtı Moskvaya səfəri zamanı Fidan, Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edildi və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşlər keçirdi.

Fidan, birgə mətbuat konfransından sonra keçirilən görüşlərdə, danışıqların növbəti mərhələsinin yenə Türkiyədə keçirilməsi barədə təklifin Putinə çatdırıldığını bildirdi.

Rusiya tərəfi, Prezident Vladimir Putinin müşaviri Vladimir Medinskiyin rəhbərliyi ilə İstanbuldakı görüşlərə qatılıb və “davamlı həll üçün memorandum”u Ukrayna tərəfinə təqdim etməyə hazır olduqlarını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski, danışıqlarda ölkəsini Müdafiə Naziri Rüstem Umerovun təmsil edəcəyini açıqlayıb. Kiyev danışıqlardan əvvəl Rusiyanın təqdim etdiyi sənədlərlə tanış olmaq istədiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp 19 mayda Vladimir Putinlə telefon danışığı apararaq danışıqlar prosesinə dəstək verdiyini bildirib. Tramp, Rusiyanı "yavaş hərəkət etməkdə" ittiham edərək, Moskvanı xəbərdar edib: “İki həftə vaxtınız var”, - deyib. Ağ Ev isə İstanbulda birbaşa dialoqun başlanmasını müsbət qiymətləndirib, lakin danışıqlara ABŞ nümayəndəsinin qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Danışıqlardan əvvəl – şənbə gecəsi – Ukrayna ordusunun Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər bölgələrindəki hərbi hava bazalarına PUA hücumları təşkil etdiyi bildirildi. Sosial mediada yayılan məlumatlara görə, 40-dan çox Rusiya təyyarəsi zərər görüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri