İstanbulda şiddətli fırtına, qayıqlar batdı Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İstanbulda fasilələrlə yağan güclü yağış və şiddətli fırtınalar bir sıra fəsadlar törədib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin müxtəlif küçələrində ağaclar qırılıb, nəqliyyat vasitələrinə zərər dəyib.
Belə ki, Büyükçekmecenin D-100 avtomobil yolundakı yeraltı keçid külək səbəbindən dəniz suyu ilə dolaraq nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Mimaroba məhəlləsində yaşayış kompleksinin bağçasındakı bir ağac isə aşıb. Eyni kompleksdə də güclü külək binanın fasadının bir hissəsini qoparıb, Bahçelievlerdə ağacın qopması nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Tuzla sahilində isə fırtına səbəbindən dalğaların hündürlüyü qalxıb və lövbər salan bir çox qayıqların aşmasına səbəb olub. Bəzi qayıqlar sahilə çırpılaraq yararsız vəziyyətə düşüb, digərləri isə batıb.
Bundan əlavə, güclü külək səbəbindən Ayasofya Böyük Məscidindəki Memar Sinan Minarəsinin uc hissəsi məscidin bağçasına aşıb.
Bununla yanaşı, yağış səbəbindən sürüşkən yolda 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib, yollarda tıxac yaranıb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















