İstanbulda terror aktının qarşısı alındı: Dörd şübhəli saxlanıldı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə hüquq-mühafizə orqanları İstanbulda terror aktı həyata keçirməyi planlaşdıran dörd nəfəri saxlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçən şəxslər terror təşkilatı kimi tanınan İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP-C) üzvüdürlər.
Məlumata görə, sözügedən terrorçuların İstanbulun bir sıra strateji yerlərində silahlı və bombalı hücumlar hazırladığı müəyyən edilib.
Xəbərdə bildirilir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis tərəfindən birgə keçirilən əməliyyat zamanı dörd şübhəli şəxs saxlanılaraq nəzarətə alınıb.
Baxış sayı:151
Bu xəbər 26 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















