İstanbulda turistlərin pullarını ələ keçirən dəstə lideri və üzvləri saxlanılıb Təfərrüat
Icma.az, Mia.az saytına istinadən bildirir.
İstanbulda turistlərin pullarını ələ keçirən dəstə lideri və üzvləri saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda turistlərin pullarının saxta olub-olmadığını yoxlamaq bəhanəsi ilə "qapazlayan" dəstə üzvlərinə qarşı geniş əməliyyata start verilib.
İstanbul Respublika Baş Prokurorluğundan bildirilib ki, Beyoğlu, Şişli, Bakırköy və Fatihdə bəzi taksi sürücülərinin də aralarında olduğu şəbəkə üzvləri tutulub: "Onların aarsındsa dələduzların lideri Saffet Ü. başda olmaqla, 30 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".
Xəbərdə o da deyilir ki, əsasən taksi sürücüləri turistləri maşına mindirin ünvana çatdırdıqdan sonra verilən pulu "Bu, saxtadır, bunu yoxladaq. Üzərində başqa pulllar varsa, onu da yoxlatmaq lazımdır. Yoxsa bir yerlərdə polislər sizi saxta pul dövriyyəsində yaxalayar, canınızı qurtara bilməzsiniz", - deyə həyəcanladırdıqdan sonra dəstə üzvləri ilə əlaqə yaradılırmış. Həmin dəstə üzvü hadisə yerinə gələrək, guya pulları yoxlayır bəhanəsi ilə xeyli pulu ya saxta çıxarıb, mənimsəyir, ya da bir hissəni "dırnaq fırlatma" ilə fırladıb "atırmış". Narazılıq edən turistləri ya qorxuzur, ya da döyüb buraxırmışlar...
Firudin SƏFƏRLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















