İstanbulda üç turistin ölümündən sonra otel boşaldıldı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulun Fatih rayonundakı bir otel üç qonağın ölümündən sonra boşaldılıb.
"Ölkə.az" xəbər verir ki, oteldə qalan ana və onun 3 və 6 yaşlı iki uşağı özlərini pis hiss etdikdən sonra ölüblər. Hadisə ilə əlaqədar otelin bütün qonaqları başqa otellərə köçürülüb.
Birgun qəzetinin məlumatına görə, şənbə günü otelin digər iki qonağı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Ailə küçədə yemək yedikdən sonra özünü narahat hiss etməyə başlayıb. Lakin araşdırma zamanı otel otaqlarından birinin bu yaxınlarda zərərvericilərə qarşı dərmanlandığı və bunun hadisə ilə əlaqəli ola biləcəyi məlum olub.
Polis bir otel işçisini və iki zərərvericilərə qarşı mübarizə mütəxəssisini həbs edib. Hazırda bu iş üzrə saxlanılanların sayı yeddi nəfərdir.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















