Icma.az
close
up
RU
İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı Zelenski ilk detalları açıqladı

İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı Zelenski ilk detalları açıqladı

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu yekunlaşıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilən “Buxarest Doqquzluğu” və Şimal ölkələrinin sammitindən sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Zelenskinin sözlərinə görə, danışıqlar 2 iyun tarixində başa çatıb və o, Ukraynanın müdafiə naziri və nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovdan ətraflı hesabat gözləyir.

“İstanbulda danışıqlar bir qədər əvvəl başa çatdı. Tərəflər sənədləri Türkiyə vasitəsilə bir-biri ilə mübadilə etdilər. Biz yeni əsir mübadiləsinə hazırlaşırıq”, – deyə Zelenski vurğulayıb.
Prezident həmçinin bildirib ki, danışıqlar nəticə verməsə, Rusiyaya qarşı təzyiqlərin artırılması və yeni sanksiyaların tətbiqi zəruridir:

“Əgər Rusiya bu görüşü mənasız söhbətə çevirərsə, yeni sanksiya səviyyəsi müəyyən edilməlidir – yalnız Avropadan deyil. Bizə G7 ölkələrinin, o cümlədən ABŞ-ın və ümumiyyətlə sülh istəyən bütün ölkələrin birgə sanksiyaları lazımdır.”
Zelenski qeyd edib ki, Rusiyanın neft ticarətini və tanker istifadəsini məhdudlaşdıracaq sanksiyalar, o cümlədən ikincili sanksiyalar (tariflər və qiymət məhdudiyyətləri) Rusiya hakimiyyətini sülhə vadar edə bilər.

2 iyun danışıqları barədə nə bilinir?

Xatırladaq ki, bu gün – 2 iyun tarixində, günorta saatlarında İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında ikinci danışıqlar raundu başlanmışdı. Bu görüş 16 may tarixində keçirilən ilk raundun davamı idi. O zaman tərəflər “minə min” formulu ilə hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəlmişdilər.

Bu dəfə görüşdən öncə Ukrayna tərəfi Rusiyaya atəşkəsə doğru irəliləyiş, əsirlərin dəyişdirilməsi və oğurlanmış uşaqların qaytarılması ilə bağlı öz baxışlarını əks etdirən sənədi təqdim etmişdi.

Bununla belə, Rusiya tərəfi ikinci görüşədək Ukraynaya heç bir sənəd təqdim etməmiş, sülhə dair mövqeyini ifadə edən “memorandum”u göndərməmişdi.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın sözlərinə görə, İstanbul görüşündə rəsmi Kiyev Rusiyaya oğurlanmış ukraynalı uşaqların geri qaytarılması ilə bağlı siyahını təqdim edib.

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 İyun 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri