İstanbuldan Pakistana doğru havalanan təyyarələr geri DÖNDÜ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Pakistan və Azad Kəşmir bölgəsinə başladığı hərbi əməliyyat səbəbilə təhlükəsizlik məqsədilə İstanbuldan havalanan Türk Hava Yolları və Pegasus şirkətlərinə məxsus iki sərnişin təyyarəsi geri qayıdıb.
Redaktor.az xəbər verir ki, Türk Hava Yollarının İstanbul–İslamabad və Pegasusun İstanbul–Kəraçi reysləri, Pakistanın hava məkanını bağlamasından sonra İrana daxil olan anda geri dönüş qərarı verib.
Qeyd edək ki, Pakistanın hava məkanını bağlaması Hindistanın gecə saatlarında həyata keçirdiyi hərbi hücumlara cavab olaraq həyata keçirilib. Yaşanan gərginlik bölgədə uçuşlara ciddi təsir edib.
Baxış sayı:92
Bu xəbər 07 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















