Icma.az
close
up
RU
İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

İstanbulla bağlı DƏHŞƏTLİ PROQNOZ Elə güclü ZƏLZƏLƏ olacaq ki...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.Az xəbər verir ki, professorlar Celal Şengör və Şener Üşümezsoy arasındakı fikir ayrılığına Naci Görür də qatılaraq müzakirələrə son qoyub.
O bildirib ki, Mərmərə dənizində güclü zəlzələ olacaq:
“Bu, bir gün baş verəcək. Son zəlzələlər böyük zəlzələnin olma ehtimalını artırıb. Kumburqaz fay xəttinin hələ qırılmamış 40-50 kilometrlik hissəsi var. Orada 20 kilometrlik bir sahə qırılıb. Fayın Adalarla birləşdiyi sahədə isə 60 kilometrlik bir hissə var. İki fərqli yanaşmadan söhbət gedə bilməz. Elmi araşdırmalara əsaslanmayan, qeyri-elmi bəyanatları elmi fikir kimi təqdim etmək mənasızdır. Əgər bir fikir varsa, konkret elmi araşdırmalar göstərilməlidir.
1999-cu ildəki zəlzələdən sonra Mərmərə dənizi haqqında məlumatımız yox idi. 8 beynəlxalq tədqiqat gəmisilə minlərlə kilometr geofiziki, geoloji, seysmik tədqiqatlar apardıq, Mərmərə dənizinin tam xəritəsini ortaya çıxardıq.
Mərmərə dənizinin şimal qolu Şimali Anadolu fayının şimal qoludur və 160 kilometr uzunluqdadır. Bunlardan biri Adalar zonasının cənubundan keçən 65 kilometrlik Adalar fayıdır. Əgər bu qırılarsa, 6 bal civarında bir zəlzələ baş verər. Kumburqaz qolu 75 kilometrdir və Yeşilköy-Silivri açıqlarına qədər uzanır. Bu qırılarsa, ən azı 7.2 bal gücündə bir zəlzələ olar. Əgər Adalar və Kumburqaz qolu birlikdə qırılarsa, 7.5 bal gücündə zəlzələ gözlənilir”.
Naci Görürün sözlərinə görə, Tekirdağ fayının artıq qırıldığı müəyyən edilib:
“Əgər 1776-cı ildə qırılmış olsaydı, üstü örtülər və deformasiyaya uğrayardı. Ona görə də 1912-ci il Şarköy zəlzələsində qırıldığını düşünürük. Kumburqaz və Adalar faylarında isə 1766-cı ildə son böyük qırılma olub. Bütün bu məlumatları üst-üstə topladıqda, bu günlərə gəlib çıxırıq.
1999-cu ildə Mərmərə üçün xəbərdarlıq edən biz idik. O zaman dedik ki, 1999-cu il zəlzələsi Mərmərə altını enerji ilə doldurdu. Şarköy və Kocaeli zəlzələlərinin arasında Mərmərə yerləşir və bu bölgə gərginlik altındadır. Boşluq mütləq dolacaq. Bu, dəyişməz bir elmi həqiqətdir”.
N.Görür hesab edir ki, Mərmərə fay xətti qırılacaq:
“Özümüzü aldatmayaq. İstəyirəm ki, insanlarımız ölməsin. Həqiqətləri söyləmək borcumuzdur. Əgər bunun əleyhinə elmi bir araşdırma varsa, qoysunlar qarşıma, nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş olsun ki, hörmətlə yanaşım. Sadəcə fikirlə olmaz.
Mənim 3 milyona yaxın izləyicim var, hiss edirəm: əgər Mərmərə dənizində gözlənilən böyük zəlzələ baş verərsə, bugünkü sakit mənzərəni görməyəcəyik. Böyük bir dağıntı olacaq. İstanbulun iqtisadiyyatı və istehsalı böyük ölçüdə dayanacaq.
İstanbul çöksə, bütün Türkiyə çökər. Mən insanlarımızın təhlükəsizliyini istəyirəm. Bəs bunu necə edəcəyik? İstanbul və bütün şəhərlərimizi zəlzələyə davamlı etməliyik. Böyük bir zəlzələ baş verdiyində minimum itki ilə çıxmalıyıq.
Tayvanda böyük bir zəlzələ olub, ancaq 13 nəfər ölüb. Amerikada, Yaponiyada, Çində, Hindistanda və İtaliyada da belədir. Günlük həyat davam edir. Biz də İstanbulu və bütün ölkəmizi zəlzələyə davamlı etməliyik.
Əgər bir şəhəri zəlzələyə davamlı etmək istəyiriksə, 6 əsas sahədə tədbir görməliyik: idarəetmə, cəmiyyət, infrastruktur, tikinti fondu, ekosistem və iqtisadiyyat.
Bir nazirlik yaradılsın və Türkiyənin bütün şəhərləri zəlzələyə davamlı hala gətirilsin. İstəsək, 10-20 il içində bütün Türkiyəni zəlzələyə davamlı edə bilərik”.
Naci Görür xatırladıb ki, Mərmərə bölgəsində Bizans, Osmanlı dövründə də zəlzələlər olub:
“İndi də olacaq. Ancaq insanlar zəlzələdə ölməməlidir. Bunu etmək üçün hökumət, dövlət, bələdiyyə mexanizmi qurulmalı və fasiləsiz işləməlidir. Başlamaq üçün çox pul lazım deyil.
Yaponiyada xalqı o qədər maarifləndiriblər ki, adamın başına silah dayasan da, zəlzələ təhlükəsinə qarşı səhv hərəkət etdirə bilməzsən. Biz də xalqımızı maarifləndirməliyik”.// Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:390
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Aprel 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri