Icma.az
close
up
RU
İstədikləri vaxt qiymət artırırlar, gələn il daha aydın olacaq

İstədikləri vaxt qiymət artırırlar, gələn il daha aydın olacaq

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.

Elektrikli avtomobillərə ƏDV tətbiqi bazarda qiymətləri necə dəyişəcək?

Mövzu ilə bağlı Ölkə.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, güzəştlərlə bağlı informasiya yayılan kimi alverçilər qiymətləri artırıblar.

Onun sözlərinə görə, xüsusən elektrik və hibrid avtomobillərdə qiymət artımı müşahidə edilir:

"Azərbaycanda avtomobil bazarı dövlət tərəfindən nəzarətdə deyil və tənzimlənmə yoxdur. Ona görə də maşın dəlalları bu işlə məşğul olurlar və istədikləri vaxt qiymət artırırlar, qiymət endirirlər və bazarı bildikləri formada tənzimləyirlər. Yəni özlərinə, daha doğrusu sərf edən üsullarla. Ona görə belə bir vəziyyət ortaya çıxıb və bu da heç xoş bir mənzərə deyil. Ancaq ümumilikdə dövlət tərəfindən son illərdə elektrik və hibrid avtomobillərə kifayət qədər güzəşt oldu. Bir çox ölkələrdə də təcrübə təxminən bu formadadır. Üç-beş il güzəşt verirlər. Azərbaycanda da elektrik avtomobillərlə bağlı güzəşt təxminən beş il qüvvədə oldu.

Hibrid və plugin hibridlərə isə üç il müddətində güzəşt verildi. Amma indi bəzi insanlar narazılıq edir ki, bu müddət azdır, daha da artırıla bilərdi və s. Amma hesab edirəm ki, avtomobilə maraq getdikcə artdığı üçün şəhərdə sıxlıq və tıxac yaranır. Ona görə də avtomobil parkının yenilənməsinə yönəlmiş bu addım daha çox avtomobil parkında sürətli artıma gətirib çıxardı. Çox güman ki, bu təsirlərdən biri də budur ki, avtomobil parkında bu qədər artım fayda vermədi, əks təsir göstərə bildi.

Bundan əlavə, güzəştin müddəti kifayət qədər oldu. Bir çox ölkələrdə də dediyim kimi, bu, eyni formada tənzimlənib. Yəni müəyyən bir müddətə qədər hesablanıb güzəştlər. Və ümumilikdə bazarda nə baş verəcəyini biz gələn ildən daha aydın şəkildə görə biləcəyik. Çünki bu il hələlik artım cəmi 2-3 min manatdır. Gələn il nə qədər artacağını isə biz zamanla görə biləcəyik. Ümumən belə deyək də avtomobil parkının yenilənməsi daha vacib məsələ idi. Ancaq təəssüf ki, bizdə əksər insanlar köhnə avtomobillərdən əl çəkmək istəmirlər, əl çəkə bilmirlər və bu da ümumi olaraq şəhər yollarının tıxanmasına, daha şiddətli tıxacların yaranmasına gətirib çıxarır. Dövlətin əsas hədəfi gələn ildən başlayaraq daxili bazarda istehsal olunan avtomobillərin satışını stimullaşdırmaqdır. Bilirsiniz, bir neçə ölkə ilə müştərək müəssisələr var. Bu avtomobillər burada yığılır və müəyyən qiymətə satılır. Daha əlçatan qiymətə satılır. İndi baxaq görək, insanlarımızın o avtomobillərə marağı necə olacaq? Bunu da biz zamanla görəcəyik".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see252

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see191

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see159

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see135

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see133

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see131

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see129

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri