İstədiyim qədər pul versələr də, buna yox demərəm Video
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı jurnalist və səyyah Azər Qərib olub.
Azər Qərib özünü daha çox jurnalist kimi təqdim etdiyini, səyahətə marağının isə heç vaxt azalmadığını bildirib.
"İstədiyim qədər pul versələr də, buna "yox" demərəm" - Video
"Mən özümü jurnalist kimi hiss edirəm və belə təqdim etməyi sevirəm. Çünki 12 yaşından jurnalist olmağı arzulamışam və şanslı olmuşam ki, bu arzuma gəlib çata bilmişəm".
Səyyah Hindistanda gördüyü mənzərələrin həyatında qarşılaşdığı ən ağır görüntülərdən olduğunu qeyd edib:
"Mən Hindistanda gördüklərimi həyatımın ən dəhşətli, vahiməli mənzərələri hesab edirəm. Amma eyni zamanda Hindistana milyonlarla turist gedir. Ona görə demək olmaz ki, hansısa ölkədə gördüyün mənzərə bütün turistlər üçün eyni təsiri yaradır. Mənim üçün isə həmin görüntülər çox ağır və acınacaqlı idi".
Azər Qərib çoxlu sayda ev və avtomobil almaqdansa, pulunu səyahətə xərcləməyi üstün tutduğunu bildirib.
"İnsan olaraq bizim nəyə ehtiyacımız var? Dörd-beş maşına, beş mənzilə ehtiyacımız yoxdur. Amma o beş mənzilin əvəzinə 6 aylıq kruiz səfərinə çıxaram, 30-40 min dollar xərcləyərəm", - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Sentyabr 2026 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















