Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“İstənilən vaxt Paşinyan Köçəryana, Köçəryan Paşinyana çevrilə bilər” Deputat

“İstənilən vaxt Paşinyan Köçəryana, Köçəryan Paşinyana çevrilə bilər” Deputat

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yenidən aktivləşməsi əslində bu ölkədə radikalların yenidən aktivləşməsidir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Köçəryanın erməni KİV-nə müsahibəsini şərh edərkən deyib.

“Hər kəsə aydındır ki, Köçəryanın yenidən siyasətə qayıtması yalnız və yalnız Rusiyanın dəstəyi ilə mümkündür. Amma mənə elə gəlir ki, Rusiya istifadə edilmiş kartları nadir hallarda yenidən istifadə edir. Rusiya onu da bilir ki, Köçəryanın təkrar siyasətə qayıtması birbaşa Azərbaycanla Rusiya arasında münasibətlərə mənfi təsir göstərə bilər. Ona görə də düşünmürəm ki, Rusiya hazırda Köçəryana ciddi siyasi fiqur kimi baxır”, - H.Babaoğlu söyləyib.

Onun sözlərinə görə, sadəcə olaraq Köçəryan radikalları yenidən təşkilatlandıraraq Rusiyanın sərəncamında olan başqa bir radikal üçün elektorat hazırlamaq işi ilə məşğul ola bilər:

“Yəni onun hazırkı mərhələdə funksiyası yalnız bundan ibarət ola bilər. Ona görə də Köçəryan əslində özünün sonuncu müsahibəsində də bununla məşğuldur və sadəcə Rusiyanı xilaskar kimi göstərməklə Rusiyanın Ermənistanda nüfuzunun bərpa olunmasına xidmət edir. Bu kontekst bütün günahların Baş nazir Paşinyanda axtarılmasını önə çıxarır. Yəni ictimai rəyə Paşinyanı hədəf kimi göstərir. Ancaq Paşinyan artıq 2018-ci ildəki Paşinyan deyil, o, müəyyən siyasi təcrübə qazanıb və öz hakimiyyətini ən kritik məqamlarda müdafiə etməyi bacardığını göstərib. 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyətindən sonra 2021-ci ildə Paşinyan yenidən Baş nazir seçildi. Ona görə də indiki mərhələdə Paşinyan o dəqiqə gözardı ediləcək və siyasətdən dərhal silinəcək fiqur kimi görünmür. Mənə elə gəlir ki, Rusiya da bunu başa düşür və ona görə də xüsusi kurator təyin etməklə ilk növbədə Ermənistanın hələ də onun forpostu olduğunu diqqətə çatdırmağa çalışır. İkincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 21 mayda Ermənistana başlayacaq səfərində də Paşinyanla mümkün ortaq dil tapmaq cəhdləri olacaqdır. Əgər Lavrov Paşinyanla ortaq dil, təmas xətləri tapa bilərsə, o zaman əlbəttə ki, biz Köçəryanın da ritorikasında geriçəkilmələri müşahidə edəcəyik”.

Deputat əlavə edib ki, Köçəryanın yenidən baş qaldırması və yaxud baş qaldırmaması o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda aktiv və passiv revanşistlər var. Yəni passiv revanşistlər Paşinyan və onun komandasıdır, aktiv revanşistlər isə elə Köçəryan, Qarabağ klanı, Daşnaksütyun və digərləridir: “Düşünürəm ki, bu, çox strateji təsbitdir. İstənilən vaxt Paşinyan Köçəryana çevrilə bilər və istənilən vaxt, başına dəmir yumruq dəyən kimi, Köçəryan da Paşinyana çevrilə bilər. Erməniliyin mahiyyəti bundan ibarətdir. Ona görə də bizim üçün o qədər də fərqi yoxdur, hansı revanşist aktiv, hansı passiv fazadadır. Nəticə etibarilə Azərbaycana onların münasibətləri eyni olacaqdır. Bizim üçün lazım olan Azərbaycanın güclü olmasıdır ki, aktiv revanşistləri, radikalları dəmir yumruqla əzərək passiv və yaxud neytral radikallara çevirsin”.

Qeyd edək ki, Köçəryan müsahibəsində Rusiya ilə strateji münasibətlərin bərpa edilməsini önə çıxarıb, qeyd edib ki, Rusiyanı təcrid etməyə çalışanlar özlərini təcrid edirlər. Eyni zamanda, Ermənistanın Aİ ilə yaxınlaşmasını da sərt tənqid edib. Bildirib ki, Avropa Ermənistanın təhlükəsizlik məsələsini həll edə bilməz, bunu düşünmək sadəcə sadəlövhlükdür.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see393

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see155

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri